Qadının özündən 39 yaş kiçik qohumu tərəfindən öldürülməsinin TƏFƏRRÜATI - YENİLƏNB - FOTO
17:46 Xaçmazda 66 yaşlı Yergüc kənd sakini Səfurə Balacayevanın özündən 39 yaş kiçik qayını oğlu tərəfindən xüsusi amansızlıqla öldürülməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.
meqale.com xəbər verir ki, bu barədə bizim.media-ya danışan mərhumun oğlu, rayonun Qusarçay kənd sakini Zaur Balacayev bildirib ki, anası hadisə zamanı evdə tək olub, qanlı olay martın 20-də gecə saatlarında baş verib. Onun sözlərinə görə, anasının ölməyini ailəli olan kiçik bacısı bilib:
"Bacım anama bayram payı gətiribmiş, çağırıb, amma eşitməyib, qapını açanda anamı qan içində ölmüş vəziyyətdə görüb. Bizim düşmənimiz olmayıb, anamın pulu-parası da yox idi".
Qeyd edək ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
--------- 13:38 Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb.
meqale.com rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib.
Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilib. Nəticədə Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.