"Qara bazar"da dəyəri 8 milyon manat olan narkotik ƏLƏ KEÇİRİLDİ: 5 mütəşəkkil dəstə İFŞA OLUNDU - VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib.

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən meqale.com-a verilən xəbərə görə, nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub.

"Qara" bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metanmfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.