Qara paltardan tər ləkələri necə təmizlənir? - Ağılasığmaz üsul
Amerikalı jurnalist Alison Holl qara paltarlardan tər və dezodorant ləkələrini tez təmizləmə üsulunu tapıb.
meqale.com publika.az-a istinadla xəbər verir ki, o, bu barədə "Instagram"da paylaşım edib.
"Ağ dezodorant ləkələri, məxmər asılqanlarımın möcüzələr yarada biləcəyini anlayana qədər məni dəli edirdi", - o qeyd edib.
O, kamera qarşısına keçərək sviteri və şalvarında çirkləri yaxından göstərib, daha sonra onları məxmər asılqanla sürtməyə başlayıb. Bütün ləkələr yoxa çıxıb.