“Qarabağ” – “Bayer” oyununun hakimləri açıqlandı

"Qarabağ"ın "Bayer"lə ilk oyununun hakimləri açıqlanıb.

“Qarabağ” – “Bayer” oyununun hakimləri açıqlandı
"Qarabağ"ın "Bayer"lə ilk oyununun hakimləri açıqlanıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq matçı fransalı ədalət təmsilçiləri idarə edəcək.

Martın 7-də keçiriləcək görüşün baş hakimi Benua Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. Benua Millot VAR, Erik Uattelye AVAR olacaq. İçko Lozev (Bolqarıstan) isə qarşılaşmaya hakim-inspektoru kimi təyinat alıb.