"Qarabağı tərk edən ermənilər onlardan öz məqsədləri üçün istifadə edən qüvvələrin tələsinə düşdülər" - VİDEO - FOTO

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı Milli Məclisin deputatı Nəsib Məhəməliyev olub.

Deputat qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə Qarabağın erməni əhalisinin hüquq və azadlıqlarına riayət olunacağını və Bakının reinteqrasiyaya hər cür köməklik göstərəcəyini bildirib.

"Lakin onlar imtina etdilər və 100 ildən çoxdur ki, onlardan Azərbaycan və Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edən qüvvələrin tələsinə düşdülər", - o deyib.

N.Məhəməliyev hesab edir ki, 44 günlük müharibədən sonra ermənilərin yerdə qalan məsələləri sülh yolu ilə həll etmək üçün bir neçə variantı var idi.

"10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatda qanunsuz erməni silahlı birləşmələrinin Qarabağı tərk etməli olduğu aydın şəkildə deyilir. Lakin ermənilər bunun əvəzinə bu birləşmələri möhkəmləndirməyə davam edərək, Laçın yolu ilə onlar üçün hərbi sursat tədarük edirdi. Bu səbəbdən Azərbaycan tədbir görmək məcburiyyətində qaldı. Bundan başqa, ermənilər Azərbaycanın bu ərazilərdəki təbii sərvətlərini oğurlamağa davam edirdi. Bir sıra beynəlxalq struktur və təşkilatlar buna göz yumdular. 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdi. 24 saatdan az müddət ərzində biz ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdik", - deyə deputat əlavə edib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq: meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun