Qazi doğum günündən bir gün öncə vəfat etdi

44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov dünyasını dəyişib.

Qazi doğum günündən bir gün öncə vəfat etdi
44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov dünyasını dəyişib.

meqale.com oxuya istinadən xəbər verir ki, qazi Azad Məlikov iyunun 3-də Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

O, doğum gününə bir gün qalmış dünyasını dəyişib.

Bildirilib ki, A.Məlikovun halı qəfil pisləşib. Halının pisləşdiyini görən yaxınları onu xəstəxanaya çatdırıblar. O, xəstəxanada dünyasını dəyişib.

Vətən müharibəsi qazisi Azad Məlikovun yaxın qohumu oxuya açıqlamasında daimi şəkildə müalicə aldığını deyib:

"Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə olsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.