Qazilərimiz böyük ruh yüksəkliyi ilə seçkidə iştirak edir - Müşahidəçi

Qazilərimiz böyük ruh yüksəkliyi ilə seçkidə iştirak edir.

Qazilərimiz böyük ruh yüksəkliyi ilə seçkidə iştirak edir - Müşahidəçi
Qazilərimiz böyük ruh yüksəkliyi ilə seçkidə iştirak edir.

meqale.com-ın məlumatına görə, bu barədə 17 saylı Yasamal lll seçki dairəsinin 1 saylı seçki məntəqəsinin müşahidəçisi Həmidə Quliyeva deyib.

"Seçki prosesi başladığı andan etibarən vətəndaşlarımız aktiv şəkildə iştirak edir. Qazilər, gənclər, müxtəlif yaş kateqoriyalarından olan vətəndaşlarımız səsvermədə iştirak edib. Proses tamamilə şəffaf şəkildə keçirilir. Heç bir qayda pozuntusu qeydə alınmayıb" - deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər. Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb.

Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.