Qeyri-rəsmi münasibətdə olduğu qadını döydü - Saxlanıldı

Gəncə şəhər sakini olan qadın Gəncə Şəhər Baş Polis İdarəsinə qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi və digər hüquqazidd hərəkətlər etməsi ilə bağlı müraciət edib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan meqale.com-a bildirilib ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və həmin qadına qarşı qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Quliyev Rəşad müəyyən olunaraq saxlanılıb.

Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.