Qızın ağzı qəfil əyildi - ağlasığmaz səbəb
ABŞ-də diş həkimindən çıxan gənc qadının ağzı anesteziya təsiri səbəbindən avtomobilə mindikdən sonra birdən əyilməyə başlayıb. Güzgüyə baxan qadın qorxuya düşüb, rəfiqəsi həmin anları kamera vasitəsilə qeydə alıb.
meqale.com xəbər verir ki, hadisə, gənc qadının diş müalicəsindən sonra yerli anesteziya (lokal keyləşdirmə) altında olduğu vaxt baş verib.
Mütəxəssislər bildiriblər ki, bu vəziyyət diş həkimlərinin tez-tez tətbiq etdiyi lokal anesteziyanın müvəqqəti yan təsiridir.