Qızlar tualetə görə restoran sahibini döydülər - FOTO
İngiltərədə bir qrup qız onları restoranın tualetinə buraxmayan obyekt sahibini döyüblər.
meqale.com oxuya istinadən xəbər verir ki, qızlar restoranın tualetindən istifadə etmək istəyiblər. Restoranın sahibi isə tualetdən ancaq müştərilərin istifadə edə bildiyini deyib.
64 yaşlı restoran sahibi Məhəmməd İslamın dediyi kimi, qızların tualetə getməsinə icazə vermədikdən sonra onlar ona yumruqla hücum edib, başına bir neçə zərbə vurub, qaşının üstünü partladıblar.