Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı - FOTO
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
meqale.com xəbər verir ki, çaya gələ güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi əyilib.
Hazırda yol ötürücüsü uçmaq üzrədir. Körpüdən gediş-gəliş bağlanıb, əraziyə texnikalar gətirilir.