Qubada qaya uçdu - 10-dan çox kəndlə əlaqə kəsildi

Qubada qaya parçaları yola düşüb.

Qubada qaya uçdu - 10-dan çox kəndlə əlaqə kəsildi
Qubada qaya parçaları yola düşüb.

meqale.com bildirir ki,  hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.

Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. /Apa