Raket hücumundan sonra Ukraynada işıqlar söndürüldü

Bu gün səhər saatlarında Rusiya ordusu qanadlı raket və pilotsuz uçuş aparatları ilə Ukraynanı atəşə tutub.

Raket hücumundan sonra Ukraynada işıqlar söndürüldü
Bu gün səhər saatlarında Rusiya ordusu qanadlı raket və pilotsuz uçuş aparatları ilə Ukraynanı atəşə tutub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bütün ölkə ərazisində hava hücumu ilə bağlı xəbərdarlıq edilib. 

Paytaxt Kiyevin həm sağ, həm də sol sahilində partlayış səsləri eşidilib. 

Şahidlərin TASS-a verdiyi məlumata görə, Kiyevin Julyanı aeroportu yaxınlığında iki güclü partlayış olub. Bildirilib ki, partlayışdan sonra evlərdə bir neçə saniyəlik elektrik enerjisi kəsilib.