Rasim Balayevdən sədr kimi ilk Açıqlama

"Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsini gözləmirdim, çox sağ olsun".

Rasim Balayevdən sədr kimi ilk Açıqlama
"Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsini gözləmirdim, çox sağ olsun".

meqale.com APA-ya istinadən bildirir ki, bunu yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

"Təəssüf edirəm ki, ömrümün bu vədəsində, yaşlı vaxtımda kinomuz belə bir böhran yaşayır. Amma bizi yaşadan kinodur. Və biz o kinonu birliyimizlə yaşatmalıyıq. Baxın, mənim ayağımda hazırda problem var. Axsayıram. Bu zədə kinoda olub. Biz hamımız ömrümüzü kinoya qurban vermişik", - o deyib.