Reanimasiyada olan aktyorun həyat yoldaşı danışdı
Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti stabil-ağır olaraq qalır.
Bu barədə Teleqraf-a aktyorun həyat yoldaşı Nəzifə Mirzəliyeva məlumat verib.
"Hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Saturasiyası və təzyiqi normaldır. Amma komadan ayılmayıb. Süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır. Həkimlər də komadan ayılmadığına görə hələ heç bir fikir bildirə bilmirlər", - deyə aktyorun həyat yoldaşı bildirib.