Salah gələcəyi ilə bağlı qərar verdi

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə komandasını tərk etmək fikrində deyil.

Salah gələcəyi ilə bağlı qərar verdi
"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə komandasını tərk etmək fikrində deyil.

meqale.com publika.az-a istinadən xəbər verir ki, "Football Insider"in məlumatına görə, misirli futbolçu "Liverpul"la müqaviləsini uzatmaq istəyir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatır.

Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə "Roma"dan "Liverpul"a keçmişdi. Bu mövsüm Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun