Zədələnən Rüstəm Əhmədzadənin son durumu

"Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə zədələnib.

Zədələnən Rüstəm Əhmədzadənin son durumu
"Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə zədələnib.

meqale.com qol.az xəbər verir ki, 23 yaşlı hücumçu bu gün "Səbail"ə qarşı Premyer Liqanın 19-cu turunun səfər matçında (0:0) sıradan çıxıb.

67-ci dəqiqədə Salifu Sumanın yerinə oyuna daxil olan Əhmədzadə 85-ci dəqiqədə məcburi əvəzlənməli olub. 

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbolçusunun durumu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, R.Əhmədzadənin əzələsi dartılıb. Bu səbəbdən o, ən azı 2-3 həftə komandasına kömək edə bilməyəcək.