Samet Aybaba Juninyo üçün Bakıya gəlir
"Beşiktaş"ın idman direktoru Samet Aybaba "Qarabağ"ın hücumçusu Olavio Juninyonun transferi üçün mövsüm bitmədən Bakıya gələcək.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu barədə Türkiyənin "Fotomaç" nəşri məlumat yayıb.
Bildirilir ki, "sambaçı"nı çox bəyənən Aybaba "qara-qartallar"ın rəhbərliyindən razılıq aldıqdan sonra "Qarabağ"la əlaqəyə keçib. Azərbaycan çempionu transfer üçün 8 milyon avro istəsə də, məğləğin endiriləcəyi də vurğulanır. Bu səbəbdən də istanbullular mövsüm bitməmiş braziliyalının keçidini həll etməyi planlaşdırırlar.