Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanda seçkiləri müşahidə edəcək
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Bakıya səfər edəcək.
meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, müşahidə missiyasına ŞƏT-in baş katibi Can Min (Zhang Ming) rəhbərlik edəcək.
ŞƏT-in müşahidə missiyası Azərbaycana Mərkəzi Seçki Komissiyasının dəvəti ilə gəlir. Müşahidə missiyasına ŞƏT-in qanunvericilik və icra hakimiyyəti orqanlarının, ona üzv dövlətlərin diplomatik korpuslarının nümayəndələri daxildir.
Bundan başqa, müşahidə missiyasında ŞƏT Katibliyinin və İcraiyyə Komitəsinin rəsmiləri də təmsil olunur.