Satan var, alan yoxdur - Qiymətlər isə artıb
İkinci əl maşın bazarında durğunluq yaranıb. Satıcıların sözlərinə görə, satışlar demək olar ki, dayanıb.
Bəs buna səbəb nədir?
meqale.com xəbər verir ki, satıcılar qiymətlərin 2000 manata qədər artdığını bildiriblər:
"Bu artım birbaşa Çin maşınları ilə bağlıdır".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, gələn il yanvarın 1-dən Çin istehsalı olan avtomobillərin qiyməti artacaq:
"Daxili bazarı ucuz qiymətlə zəbt edən avtomobillər bahalaşacaq. Artıq avtomobil salonlarında qiymət artımı müşahidə olunur. Bahalaşma tam olaraq hələ baş verməyib".
Satıcılar bildirirlər ki, qiymətlər qalxdığı kimi enməsi də mümkündür.