Seçkilər şəffaf, demokratik keçirildi - Aygün Attar

Növbədənkənar parlament seçkiləri şəffaf, demokratik keçirildi.

Seçkilər şəffaf, demokratik keçirildi - Aygün Attar
Növbədənkənar parlament seçkiləri şəffaf, demokratik keçirildi.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Mərkəzi Seçki Kommisiyası bu seçkilərə çox professional hazırlaşıb.

"Hər hansı bir neqativ hallara rastlaşmadıq. Bu da Azərbaycanın seçkilərdə necə nümunəvi olmasını göstərir. Seçki prosesində qadınların sayının çox olması isə sevindirici hal idi", - deyə o əlavə edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.