Serbiyalı ekspert: “Azərbaycandakı seçkilər qlobal xarakter daşıyır”
"Azərbaycandakı seçkilər təkcə yerli və regional deyil, həm də müəyyən dərəcədə qlobal xarakter daşıyır".
meqale.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında serbiyalı ekspert, siyasi elmlər doktoru, Belqrad Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stevan Qajiç deyib.
Onun sözlərinə görə, bu seçkilər dünyanın siyasi mənzərəsi baxımından çətin bir vaxtda keçirilir.