Sərnişinin halı pisləşdi - Təyyarə təcili Bakıya endi

"Uzbekistan Airways" aviaşirkətinə məxsus, İstanbul-Ürgənc marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən, Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu göndərib.

Bu barədə meqale.com-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Airbus A320 tipli təyyarə yerli vaxtla saat 17:26-da Bakı aeroportunda uğurla eniş edib.

Dərhal sonra tibbi xidmət heyət hadisə yerinə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.