"Səs" yarışmasının üzvlərinin olduğu təyyarə qəza keçirtdi - FOTO

Moskvanın "Monaco Jam" kover qrupunun musiqiçilərini daşıyan An-2 təyyarəsi meşəyə sərt eniş edib.

Moskvanın "Monaco Jam" kover qrupunun musiqiçilərini daşıyan An-2 təyyarəsi meşəyə sərt eniş edib.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, hadisə "Səs" yarışmasının iştirakçıları Solneçnı kəndindən Yakutska korporativ məclisdən qayıdan zaman yaşanıb. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra pilotlar təyyarəni birbaşa kənddən cəmi beş kilometr aralıda olan ağacların üzərinə endirməli olublar, ilkin versiyaya görə, təyyarənin mühərriki sıradan çıxıb.

Təyyarədə on bir nəfər - səkkiz musiqiçi və üç ekipaj üzvü olub. Onların heç biri xəsarət almayıb: pilotlar enişi mümkün qədər yumşaltmağa nail olublar. Hazırda araşdırma aparılır.