Sistan və Bəlucistanda SEPAH mərkəzinə hücum edildi
Yanvarın 18-i gecə saatlarında Sistan və Bəlucistan əyalətinin Aşar şəhərində SEPAH mərkəzinə silahlı hücum edilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, mərkəzə hücum zamanı iriçaplı avtomat silahlardan atəş açılıb.
İnsan itkisi və hücum edənlərin kimliyi barədə məlumat verilməyib.