Skautların “4 Ünsür” adlı düşərgəsi təşkil olundu - FOTO

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Novruz bayramına həsr olunan "4 Ünsür" adlı düşərgə təşkil olunub. Ənənəvi Novruz düşərgəsi 22-25 mart tarixlərində Daşkəsən rayonunun Xoşbulaq kəndində həyata keçirilir. Düşərgənin təşkil olunmasında məqsəd uşaq, yeniyetmə və gənclərin tətil günlərini səmərəli keçirilməsini təmin etmək, qərb bölgəsinin yerli xüsusiyyətlərini, Novruz adət-ənənələrini iştirakçılara tanıtmaqdır. Proqrama idman və digər aktiv oyunlar, çadır qurulması, ilkin tibbi yardım, asudə zamanların səmərəli təşkili üçün oriqami sənət növünün mənimsənilməsi, həmçinin bir çox intellektual yarışmalar daxildir. Düşərgə iştirakçıları "Yer Saatı" Beynəlxalq Kompaniyasına qoşularaq mart ayının sonuncu şənbə günü iqlim dəyişikliyinə diqqəti çəkmək üçün 1 saatlıq elektrik enerjisini məhdudlaşdırıb. Dünyanın bir çox ölkəsində həyata keçirilən bu aksiya planetimizin məhdud resurslarına diqqəti cəmləməyi özündə əks etdirir. Məhz bu məqsədlə skautlar düşərgə ərazisində dünyanın hər yerində olduğu kimi şamlar yandıraraq, enerjiyə qənaət edilməsini təbliğ edib. Düşərgə müddətindəki bütün fəaliyyətlər iştirakçıların sosial inkişafına, psixoloji-fiziki sağlamlığına, həmçinin yeni bilik və bacarıqlara yiyələnməsinə xidmət edir.