“SOCAR”ın vəzifəli şəxsinin 15 minini oğurladı, sonra qaytardı
Bakıda avtomobildən 15 min manat oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində Qubadlı rayon sakini 1988-ci il təvəllüdlü R.Həşimov Cinayət Məcəlləsinin 177.2.4-cü (Xeyli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib.
Müəyyən edilib ki, ötən il R.Həşimov tanışına məxsus avtomobillə Xətai rayonu ərazisinə gedib. O, gecə saat 02 radələrində Xətai rayonu Tağızadə küçəsi 7 saylı binanın qarşısında park edilmiş və hazırda "SOCAR"ın Sosial İnkişaf İdarəsinin tikinti departamentinin rəis müavini vəzifəsində işləyən S.Ş.-yə məxsus avtomobilə yaxınlaşıb. Avtomobilin şüşəsini sındıran şəxs oradan 15 min manat götürərək uzaqlaşıb.
Polis tərəfindən saxlanıldıqdan sonra o, götürdüyü pulları geri qaytarıb.
Məhkəmədə S.Ş. təqsirləndirilən şəxsdən artıq şikayətçi olmadığını bildirib.