Şuşa Dövlət Musiqili Dram Teatrına baş rejissor təyin olundu
Şuşa Dövlət Musiqili Dram Teatrına baş rejissor təyin edilib.
meqale.com bildirir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı oğlu Sadıqov vəzifəsindən azad olunub.
Digər əmrlə A.Sadıqov Şuşa Dövlət Musiqili Dram Teatrına baş rejissor təyin edilib.