Tanınmış bəstəkar vəfat etdi

Keçmiş Sovet İttifaqının tanınmış bəstəkarı Gennadi Banşçikov vəfat edib.

Tanınmış bəstəkar vəfat etdi
Keçmiş Sovet İttifaqının tanınmış bəstəkarı Gennadi Banşçikov vəfat edib.

meqale.com xəbər verir ki, bu barədə Sankt-Peterburq Bəstəkarlar İttifaqının "VKontakte" sosial şəbəkəsində məlumat verilib.

Məlumatda qeyd olunub ki, Banşçikov uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Gennadi Banşçikov 1943-cü il noyabrın 9-da Kazanda anadan olub. O, Moskva Konservatoriyasında təhsil alıb və 1967-ci ildə SSRİ Bəstəkarlar İttifaqına qəbul edilib. Bəstəkar 1974-cü ildən Leninqrad Konservatoriyasında dərs deyirdi. 1991-ci ildə Əməkdar artist adını allan bəstəkar 2004-cü ildə "Dostluq" ordeni ilə təltif edilib.

O, bir neçə baletlə yanaşı, "Yer üzündə məni gözləyirlər", "Leonidas haqqında mif" və "Qızıl üzük, qırmızı qızılgül buketi" filmlərinə musiqi yazıb. /Teleqraf