Tarixində ilk dəfə Türkiyə Super Liqasına yüksəldilər

Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək sonuncu klubun adına aydınlıq gəlib.

Tarixində ilk dəfə Türkiyə Super Liqasına yüksəldilər
Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək sonuncu klubun adına aydınlıq gəlib.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, "Bodrumspor" pley-off mərhələsinin final matçında "Sakaryaspor"a 3:1 hesabı ilə qalib gələrək bu uğura imza atıb.

Qeyd edək ki, bu, "Bodrumspor"un tarixində ilk belə uğurdur.

Komanda 1931-ci ildə yaradılmasına baxmayaraq, uzun müddət həvəskarlar arasında yarışıb.

Yalnız 2015-ci ildən etibarən mütəmadi olaraq üçüncü liqada mübarizə aparmağa başlayıb. 2017-ci ildə ilk dəfə ikinci liqada yüksələn "Bodrumspor" 5 il sonra birinci liqada debüt edib.

Ötən il pley-offun finalında uduzan kollektiv nəhayət 2024-cü ildə tarixində ilk dəfə Super Liqaya yüksəlməyi bacarıb.