"Tarqovu"da dekorativ ağacların arasında "pomidor ştili" - VİDEO
Bakının mərkəzində - "Tarqovu" kimi tanınan ərazodə qeyri-adi mənzərə sosial şəbəkələrdə maraq doğurub.
meqale.com xəbər verir ki, paytaxt sakinlərindən biri tərəfindən lentə alınan videogörüntülərdə dekorativ ağac və kolların arasında pomidor ştillərinin əkildiyi əks olunub.
Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəziləri bunu "yaradıcılıq nümunəsi" adlandırsa da, digərləri şəhərin mərkəzində bu cür mənzərənin uyğun olmadığını bildiriblər.