Təl-Əvivdə minlərlə insan aksiya keçirdi
İsrailin paytaxtı Təl-Əvivdə HƏMAS hərəkatı tərəfindən oğurlanan israilli girovlara dəstək üçün minlərlə adam aksiya keçirib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, mitinq "girovlar qaytarılmadan ölkədə bir nəfər də olsun vətəndaş özünü təhlükəsiz hiss etməyəcək" şüarı ilə baş tutub.
Aksiyanın təşkilatçıları bəyan ediblər ki, Fələstin anklavında saxlanılan bütün girovlar qaytarılmadan HƏMAS-la hazırkı müharibədə İsrailin hər hansı qələbəsindən danışmaq mümkün deyil.