"Telegram"da çoxdan gözlənilən yenilik

"Telegram" mesenceri növbəti yenilənmənin təfərrüatını təqdim edib.

"Telegram" mesenceri növbəti yenilənmənin təfərrüatını təqdim edib.

meqale.com telegram.com-a istinadla xəbər verir ki, indi istifadəçilər səsli mesajları göndərməzdən qabaq onları kəsə biləcəklər.

Bundan başqa, fotoşəkilləri yaxşılaşdırılmış keyfiyyətdə göndərmək mümkün olacaq.

Yeniliklər arasında şəxsi mesajlardan istifadə edərək "Telegram" kanalları ilə ünsiyyət saxlamaq da var. Bu, istifadəçilərin "Telegram" kanallarının administratorları və sahibləri ilə söhbətləşmələrini nəzərdə tutur.