"Telegram"da yeni FUNKSİYA - Bu mümkün olacaq - FOTO

"Telegram" mesencerinin tərtibatçıları qrup audiokonfransları üçün yeni interfeysi sınaqdan keçirirlər.

"Telegram" mesencerinin tərtibatçıları qrup audiokonfransları üçün yeni interfeysi sınaqdan keçirirlər.

meqale.com xəbər verir ki, bu barədə "Telegram Info" kanalı məlumat yayıb.

İOS 11.7.1 versiyasında funksiyanın özü hələ işləməsə də, artıq "debug" menüsu vasitəsilə söhbətə yeni şəxs əlavə etmək üçün düyməni görmək mümkündür.

Əvvəllər mesencerdə yalnız qrup və ya ümumi kanal vasitəsilə üç və daha çox istifadəçi arasında birgə zəng təşkil etmək mümkün idi. İndi istifadəçilər istənilən vaxt yeni iştirakçılar əlavə edə biləcəklər.