“Terrorçuların məqsədi məhv etmək, bizimki isə...” - Araz Ağalarov

"Crocus Group"un prezidenti Araz Ağalarov bildirib ki, şirkət Rusiyada bina və tikililərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Terrorçuların məqsədi məhv etməkdir. Bizim missiyamız isə yaratmaq. Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik", - deyə Ağalarov bildirib.

O, vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələrək, ölkəyə xidmət edən obyektlər yaratmağa davam edəcək.