Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib - YENİLƏNİB - FOTO

13:57 İyunun 1-də Şuşa şəhərində Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib.

Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib - YENİLƏNİB - FOTO
13:57 İyunun 1-də Şuşa şəhərində Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, açılış nitqi ilə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.

Şahin Mustafayev bildirib ki, sözügedən iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib. Türk Akademiyasının məqsədlərindən danışan Emin Əmrullayev akademiya ilə əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində həyata keçirilən işlərdən bəhs edib.

Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub.

İclas çərçivəsində Türk Akademiyasının fəaliyyət hesabatı təqdim olunub.

---------- 11:52 meqale.com xəbər verir ki, Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilir.

--------- 10:45 İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq TDT-nin qısa müddət ərzində əldə etdiyi uğurların təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin bu vacib proseslərə töhfə verməkdən məmnun olduğunu söyləyən Emin Əmrullayev türkdilli dövlətlər arasında dayanıqlı və sağlam əməkdaşlığın bünövrəsinin gənclər olduğunu vurğulayıb. Nazir qeyd edib ki, bu baxımdan TDT çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin mübadiləsi məktəblilərimizin ortaq tarix, mədəniyyət və adət-ənənələri tanımasına şərait yaradır.

TDT-yə üzv dövlətlərlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini bildirən Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə qardaş ölkələrin dəstəyi ilə tikilən məktəbləri, həmçinin görülən digər işləri ölkələrimiz arasında dostluq və qardaşlığın növbəti rəmzi kimi qiymətləndirib.

Nazir çıxışının yekununda TDT-yə üzv və müşahidəçi ölkələrlə ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində qarşıda duran hədəflərə toxunub.

Daha sonra digər qonaqlar çıxış edərək elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsindən söz açıblar.

Çıxışlardan sonra iclasın gündəliyində olan məsələlər müzakirə edilib.

----------- 09:17 Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilir.