Türkiyə "Altay" tanklarının kütləvi istehsalına başladı
Türkiyə "Altay" tanklarının kütləvi istehsalına başlayıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəisi Haluk Görgün məlumat verib.
Onun sözlərinə görə, tank konstruksiyası müasir döyüş şəraitinə uyğun modernləşdirilib.
"Yeni texnologiyaların əlavə edilməsi ilə döyüş effektivliyi artırılıb. Bundan əlavə, layihənin hazırlanmasında Türkiyə Silahlı Qüvvələrinin son illərdə əldə etdiyi təcrübədən istifadə edilib", - nazir qeyd edib.