Türkiyədə ağır yol qəzası baş verib, ölən var
Türkiyənin Qaziantep şəhərinin Yavuzeli rayonunda minik avtomobili və yük maşının iştirakı ilə ağır yol qəzası baş verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpması olub.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.