Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 72 nəfər saxlanıldı

Türkiyənin 17 vilayətində FETÖ terror təşkilatına qarşı "Kıskaç-19" əməliyyatı keçirilib.

Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 72 nəfər saxlanıldı
Türkiyənin 17 vilayətində FETÖ terror təşkilatına qarşı "Kıskaç-19" əməliyyatı keçirilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, son dörd gün ərzində əməliyyat çərçivəsində terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 72 nəfər saxlanılıb. 

Əməliyyat Ankara, Bingöl, Bitlis, Edirne, Elazığ, Ərzurum, Qaziantep, İstanbul, İzmir, Qars, Kayseri, Kırşehir, Konya, Malatya, Muğla, Sakarya və Uşakda baş tutub.