Türkiyədə hərbi helikopter qəzaya uğradı - 5 əsgər şəhid oldu - VİDEO
Ispartada hərbi helikopter qəzaya uğrayıb.
meqale.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İspartanın Keçiborlu rayon mərkəzində hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğrayıb.
İsparta valisi Abdullah Erin, "4 əsgərimiz və təlim komandirimiz Paşa da qəzada şəhid oldu", deyib.
Isparta Bələdiyyə Başçısı Keçiborlu rayonunda hərbi vertolyotun qəzaya uğraması xəbərini aldıqlarını və bələdiyyənin bütün xilasetmə və axtarış qruplarının bölgəyə yönləndirildiyini açıqlayıb.
Helikopterdəki personalın sayı ilə bağlı hələlik məlumat yoxdur.
Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.