TV-də növbəti dava: “Pullu əmim yoxdur deyə...”

Bir neçə gün öncə müğənni Ülviyyə Namazova sosial media hesabındakı paylaşımında həmkarı Vəfa Şərifovanın onun haqqında danışmasına irad bildirib və sərt sözlər deyib.

meqale.com Yenisabah.az-a istinadən xəbər verir ki, bu məsələ "Elgizlə izlə" verilişində də müzakirə edilib.

Ülviyyə Namazova bildirib: "Vəfa Şərifova geyimimə lağ edib, verilişlərin birində deyib ki, Ülviyyəni aşmışam. Bu nə deməkdir, bilmirəm. Aşmışam nə deməkdir? Mənim nəyimi aşa bilərsən ki? Bu barədə danışanda artıq başım ağrayır. O adam bu sözü deyər ki, səsi, sənəti olsun, əziyyət çəksin. Mən cırmaq-cırmaq tanınmışam. Bunu ətrafımdakı hər kəs bilir.

Biz 3 uşaq olmuşuq, Füzulidən qaçqın gəlmişik. Halal zəhmətimlə az da olsa, özümə kütlə toplamışam".