“Twitter”in loqosu hərracda bu qiymətə satıldı
Tanınmış iş adamı İlon Mask tərəfindən alındıqdan sonra şirkətin San-Fransiskodakı baş ofisindən çıxarılan "Twitter"in mavi quş şəklindəki loqosu hərracda təxminən 35 min dollara satılıb.
meqale.com xəbər verir ki, bu haqda "Associated Press" agentliyi məlumat verib.
Məlumata görə nadir və kolleksiya əşyaları üzrə ixtisaslaşan "RR Auction" hərrac evi 254 kq ağırlığı, 3,7 - 2,7 m ölçüyə sahib lövhənin 34 375 dollara satıldığını açıqlayıb.