Üç aya 66 ədəd şokolad oğurladı, kafedə bir manata satdı

Bakıda son üç ayda eyni marketdən 66 ədəd şokolad oğurlayan şəxs saxlanılıb.

Üç aya 66 ədəd şokolad oğurladı, kafedə bir manata satdı
Bakıda son üç ayda eyni marketdən 66 ədəd şokolad oğurlayan şəxs saxlanılıb.

meqale.com qaynarinfo-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Hüseyn Zeynalov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Səbail rayonu, "20-ci sahə" dairəsi yaxınlığında yerləşən supermarketdən 30 ədəd şokoladı idman gödəkcəsinin içərisinə qoyaraq, marketdən çıxmaq istəyib. Bu zaman marketin mühafizəsi tərəfindən saxlanılıb. Həmin şəxs hadisədən üç ay əvvəl, yəni 2024-cü ilin fevral ayında da həmin marketdən 36 ədəd şokolad oğurlayıb.

O, məhkəmədə oğurladığı şokoladları kafelərə bir manata satdığını bildirib.