Ucarda qəza - xəsarət alan var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Ucarda qəza - xəsarət alan var
Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə "Hyundai" markalı minik maşını toqquşub. Nəticədə minik maşınında olan sərnişin, rayonun Qaradağlı kənd sakini, 1979-ci il təvəllüdlü Yusif Abdulla oğlu Əhmədov müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər zərərçəkənin kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.