Ukrayna Rusiyanın iki neft zavodunu eyni anda vurdu - VİDEO

Rusiyanın Samara vilayətində iki zavoda pilotsuz uçuş aparatları ilə (PUA) hücum olub.

Ukrayna Rusiyanın iki neft zavodunu eyni anda vurdu - VİDEO
Rusiyanın Samara vilayətində iki zavoda pilotsuz uçuş aparatları ilə (PUA) hücum olub.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Birinci PUA Sızrandakı neft emalı zavodunun ərazisinə düşüb. Orada yanğın başlayıb. Hazırda yanğının sahəsi 500 kvadratmetrdir. Fövqəladə Hallar Xidməti hadisə yerindədir.

Eyni vaxtda daha bir neçə pilotsuz təyyarə Novokuybışevsk neft emalı zavoduna hücum edib. Orada da yanğın başlayıb. Həmin yanğını artıq söndürmək mümkün olub.