Ülkər Babayeva prorektor təyin olundu

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.

meqale.com report-a istinadən xəbər verir ki, rektor Fuad Hacıyev prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.

Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.