"Ürək əməliyyatı olacaqdım, balamı gözləyirdim" - “Mahir Ay Brat”ın anası danışdı - VİDEO

Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin ("Mahir ay Brat") cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin ("Mahir ay Brat") cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

meqale.com musavat.com-a istinadən bildirir ki, hökmə əsasən, M.Qonşuyevə 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Azadlığa qovuşan meyxanaçı İTV-yə açıqlama verib:

"Çox sağolsunlar ki, məhkəmədə ədalətli qərar çıxartdılar. Sağolsunlar humanist addım atdılar".

Meyxanaçının anası da, oğlunun evə gedəcəyindən sevindiyini bildirib:

"Allah hakimdən də, vəkildən də razı olsun. Sağolsunlar ki, balamı mənə təhvil verdilər. Ürəyimdən əməliyyat olacaqdım, balamı gözləyirdim. Şükürlər olsun Allahın birliyinə".

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun