Vatsapda yeni funksiya: vaxtınıza qənaət edəcəksiniz
Vatsap sosial şəbəkəsində vaxtınıza qənaət etməyə kömək edəcək daha bir faydalı funksiya olacaq.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Portal mütəxəssislərinin fikrincə, vatsap sürətləndirilmiş rejimdə videolara baxmaq imkanı əlavə edəcək. İstifadəçilər videonun oxudulmasını 1,5 və ya 2 dəfə sürətləndirə biləcəklər.
Yenilik vatsapın beta versiyasında iOS cihazları üçün 24.20.78 nömrəsi altında aşkar edilib. Onun bütün sosial şəbəkə istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələ dəqiqləşməyib.