Velosiped istehsalında inqilab - FOTO

Fransanın "Cixi" şirkəti "Vigoz" adlı elektrik velosipedini təqdim edib.

Velosiped istehsalında inqilab - FOTO
Fransanın "Cixi" şirkəti "Vigoz" adlı elektrik velosipedini təqdim edib.

meqale.com oxuya istinadən xəbər verir ki, kompakt avtomobilə bənzəyən nəqliyyat vasitəsi əslində sürücü və bir sərnişin üçün nəzərdə tutulmuş qapalı kuzovlu üçtəkərli velosipeddir.

"Cixi" təxminən on il əvvəl Yuxarı Savoya bölgəsində yaradılıb. Onun ilk modeli "Vigoz" hələ seriya istehsalı mərhələsinə keçməyib.

Velosipedin salonunda iki nəfər bir-birinin ardınca otura bilər. Sürücü nəqliyyat vasitəsini yarı uzanmış vəziyyətdə idarə edir.

Velosipedin pedalları birbaşa elektrik mühərrikini şarj edir. Dönməni asanlaşdırmaq üçün velosipedin gövdəsi əyilir. Dönüşün istiqaməti salondakı iki tutacaqla müəyyən edilir.