Xəbərdarlıq: Tehrana “kimyəvi yağış” yağır

Tehranda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb.

Xəbərdarlıq: Tehrana “kimyəvi yağış” yağır
Tehranda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Tehran Meteorologiya Mərkəzi məlumat yayıb.

"Şəhər səmasında duman və yağışların tərkibində kimyəvi maddələr var. Şəhərə düşən yağışı "kimyəvi yağış" adlandırmaq olar", - mərkəzin məlumatında bildirilib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin açıqlamasına görə, hər il İranda hava çirkliliyi səbəbi ilə təxminən 27 min nəfər həyatını itirir. Həyatını itirənlərin 6 mindən çoxu Tehran şəhərinin sakinləridir.